İyunun 5-də törədilmiş 22 cinayətin üstü daxili işlər orqanları tərəfindən ərzində törədilmiş “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Milletinsesi.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətinaçılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.