Çində “Mitaq” qasırğası gözlənilir

Çində “Mitaq” qasırğasının ölkənin cənub-şərq sahillərinə yaxınlaşması ilə əlaqədar 4-cü dərəcədə hazırlıq xəbərdarlığı elan olunub.

AZƏRTAC Çin Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, “Mitaq” qasırğası sentyabrın 30-da axşam saatlarında Tayvan adasının şimal-şərq hissəsinə çatacaq. Bu il Çində 18-ci qasırğa olan “Mitaq” oktyabrın 1-də şimala doğru hərəkət edərək, Cıcian və Fucian vilayətlərinin sahillərinə yaxınlaşacaq. Qasırğanın bu iki vilayətlə yanaşı, Ciansu vilayətində və Şanxay şəhərinin bir hissəsində güclü külək və yağışlara səbəb olacağı proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi tabeliyindəki müvafiq qurumlara təbii fəlakətin yaradacağı fəsadlarla mübarizəyə hazır olmağı, ehtiyac olacağı təqdirdə əhalinin təxliyəsini həyata keçirməyi tapşırıb.

Share: