Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.
Milletinsesi.az-ın verdiyi məlumata görə, ölkədə peyvəndləmə prosesi ötən il dekabrın 15-də başlayıb. Çin hökuməti vaksinasiya üçün “Sinopharm” və “Sinovac” şirkətlərinin peyvəndlərini təsdiq edib.
Fevralın ortalarınadək 50 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır.