Çində dövlət çevrilişi?..

“Si Tszinpin vəzifədən kənarlaşdırılıb və həbs edilib, hakimiyyəti hərbçilər ələ keçirib…”

 

Bu məlumatlar rəsmi olaraq nə təsdiq, nə təkzib edilib…

 

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Çində dövlət çevrilişi barədə məlumatlar yayılır.

 

Moderator.az xəbər verir ki, bu barədə “9-cu kanal” nəşri yazıb.

 

Dolaşan şayiələrə görə, Çin Xalq Respublikasının sədri Si Tszinpin vəzifəsindən kənarlaşdırılıb və həbs edilib.

 

Pekinə kütləvi şəkildə qoşunlar yeridilir, 80 km uzunluğunda karvanın olduğu görünüb. Üstəlik, Çin 6 mindən artıq daxili və xarici aviareysləri ləğv edib.

 

Məlumat verilir ki, Çinin Şimal hərbi dairəsinin komandanı general Li Tsyaomin ölkədə hakimiyyəti ələ keçirib.

 

Bu məlumatlar rəsmi olaraq nə təsdiq, nə də təkzib edilib. 

 

Bu şayiələr Çin Kommunist Partiyasının oktyabrın 16-da işə başlayacaq XX qurultayı fonunda yayılır.

 

Qurultay ÇXR-in siyasi həyatını və Kommunist Partiyası hakimiyyətinin yaxın 5 ildə bölüşdürülməsini müəyyən edəcək.

 

Hindistanın “TFIGlobal” nəşrinin Çinin daxili informasiyası və son aylar Si Tszinpinin yerdəyişmələrinə istinadən yazdığına görə, o, sentyabrın 21-də, ŞƏT sammitindən təcili olaraq ölkəyə döndükdən sonra, milli müdafiə və hərbi islahat üsrə Pekində keçirilən seminarda iştirak etməyib.

 

Si Tszinpinin seminarda olmamasının iki izahl ola bilər: ya onun sağlamlıq vəziyyətində problemlər var, ya da o, Çin Milli Azadlıq Ordusunun Hərbi Komissiyasında rəhbər vəzifədə deyil.

 

Nəşr Çində ehtimal edilən hakimiyyət dəyişikliyinin daha bir əlaməti kimi Rusiyanın “Sila Sibiri” qaz kəmərinin işinin dayandırılmasını göstərir. 

 

Bununla bağlı “Qazprom”un məlumatında deyilir ki, qazın nəqli 22-29 sentyabrda planlı təmirlə bağlı dayandırılıb.

 

Lakin hind qəzeti güman edir ki, bu, Çində hakimiyyətin Kremlə dost olmayan əllərə ötürülməsini çətinləşdirmək üçün edilib.

Mənbə

Share: