Çində koronavirusadan sonra başqa virus yayıldı – Ölən var

Çinin Uhan şəhərində meydana çıxan və yayılan koronavirusdan sonra başqa bir epidemiya təhlükəsi ortaya çıxıb.

Milletinses.az xəbər verir ki, Çinin Yunnan əyalətindən Şandonga avtobusla gedən bir adamın hantavirus səbəbiylə öldüyü məlum olub.

Avtobusda səyahət edən digər 38 sərnişin hantavirus səbəbiylə karantinə alınıb.

Hantavirus nədir?

Hantavirus normal olaraq gəmiriciləri yoluxdurur, lakin onlarda xəstəlik yaratmır.

Gəmiricilərdən insanlara ötürülən hantavirusun temperatur, öskürək və zəiflik kimi simptomları var.

Open.az

Share: