Çin həkimləri ötən sutka ərzində daha 8 koronavirusa yoluxma faktı aşkar ediblər, yoluxanların hamısı Çinə xaricdən gəliblər.
Milletinsesi.az xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.
Məlumata əsasən, ölüm halı qeydə alınmayıb, 9 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Çində koronavirusun səbəb olduğu xəstəliyin ümumi sayı 85 322-ə çatıb, 4 634 nəfər ölüb, 80 522 nəfər sağalaraq evə buraxılıb.