Mart ayında ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra Çin texnologiyasının Rusiyaya ixracı kəskin şəkildə azalıb.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raymondo deyib.
Onun sözlərinə görə, mart ayında Rusiyaya Çin noutbuklarının tədarükü fevral ayı ilə müqayisədə 40 faiz, smartfonların ixracı isə 60 faizdən çox azalıb.
Nazir bundan başqa, telekommunikasiya şəbəkəsi avadanlıqlarının ixracının isə 98 faiz azaldığını bildirib.