Çingiz Əsgərov: “Avropa Məhkəməsində Azərbaycanın Ermənistana qarşı şikayətinin mümkünlüyünə dair proses gedir” – EKSKLÜZİV

“Bildiyiniz kimi, biz 2021-ci il yanvarın 15-də Ermənistana qarşı dövlətlərarası şikayət vermişik. Vətən müharibəsindən cəmi iki ay sonra artıq şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmişdi”.

Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

O xatırladıb ki, Azərbaycan dövlətinin Ermənistana qarşı iddiası artıq icraata götürülüb:

“Hazırda şikayətin mümkünlüyünə dair proses gedir. Payızda isə Azərbaycan və Ermənistan bununla bağlı öz qeydlərini Avropa Məhkəməsinə təqdim etməlidir. Amma biz bu şikayətlə dayanmadıq. Çünki hər dəfə baş verən yeni hadisələrlə bağlı şikayəti təzələmişik. Demək olar ki, biz yeni məlumatları Avropa Məhkəməsinə təqdim etmişik. Vətən müharibəsindən sonra onlarla mülki vətəndaş və hərbçilər minaya düşüb. Bununla da bağlı şikayətlə müraciət etmişik”.

Mənbə

Share: