Çinin hərbi paradı son illərin ən iddialı güc nümayişidir

Çinin hərbi paradı  son illərin ən iddialı güc nümayişidir

Çində keçirilən hərbi parad uzun illər ərzində ölkənin ən iddialı güc nümayişidir.

Millətin Səsi.az xəbər verir ki, bu haqda “The New York Times” yazıb.

Qəzetə görə, Çin paytaxtının “təntənəli ürəyində” döyüş təyyarələri, tanklar və Çinin ən son hərbi inkişaflarını nümayiş etdirən tədbir “son illərdəki ən iddialı güc və diplomatik imkan nümayişidir”.

Çin Xalq Azadlıq Ordusu Pekinin Tiananmen meydanında Çin Xalqının Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində və Dünya Antifaşist Müharibəsində Qələbənin 80 illiyi münasibətilə genişmiqyaslı hərbi parad keçirib. Tədbirdə Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya lideri Vladimir Putin və 24 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.

Share: