Çinin kömür mədənində baş vermiş qəzada 14 nəfər öldü

Çinin kömür mədənində baş vermiş qəzada 14 nəfər öldü

Quyçjou əyalətinin kömür mədənində qaz püskürməsi nəticəsində əmələ gələn qəzada ən az 14 mədən işçisi həlak olub. Daha 2 nəfər yer altında köməksiz vəziyyətdə qalıblar.

Trend-in məlumatına görə, qəza 17 dekabr gecə Anlu bölqəsində baş verib. İlkin məlumatlara görə, qəza zamanı mədəndə 23 işçi olub. Fəhlələrdən 7-si mədəndən çıxa biliblər.

Son məlumata görə 14 nəfər ölüb, 2 nəfər mədəndə köməksiz vəziyyətdə qalmaqda davam edir.

Hadisə yerinə yerli rəhbərliyin, müxtəlif idarələrin, eləcə də təcili yardım xidmətinin nümayəndələri gəlib. Qəzanın səbəbləri araşdırılır.

Share: