Türkiyədə baş verən zəlzələ bölgəsində maraqlı hadisə yaşanıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Malatyada baş verib.
Belə ki, axtarış-xilasetmə qrupunun tərkibində Çindən Türkiyəyə gələn Jun Canq dağıntıların altından Quran kitabı çıxarıb.
Quranın sahibi olan ailə kitabı xilasediciyə hədiyyə ediblər. Bundan təsirlənən xilasedici müsəlman olduğunu və İslam dinini qəbul etdiyini açıqlayıb.
Çinli xilasedici daha sonra yeni ad götürüb. O, Yusif adının uyğun olduğunu bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.