Çinlilər rekord sayda mobil oyunlar yükləyiblər

Fevral ayının son iki həftəsində mobil oyunların yüklənmə sayı ötən il ümumi yüklənilən oyunlardan çoxdur.

Milletinsesi.az ted.az-a istinadən bildirir ki, bu haqda App Annie analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, Çinlilərin ən çox yüklədikləri tətbiqlər sırasında qarantin rejimində təhsilini davam etdirmək üçün lazım olan proqramlardır. Lakin ən çox yüklənilən tətbiqlər mobil oyunlardır.

Çində olan smartfon istifadəçiləri fevral ayının ilk həftəsindən 222 milyondan çox Apple mağazadan mobil oyun yükləyib. Bu yükləmə sayı ötən illə müqayisədə 40% çoxdur. Mobil oyunların çox sayda yüklənməsinə səbəb 2 mindən çox insanın ölümünə səbəb olmuş koronavorus göstərilir.

Ödənişli mobil tətbiqlərinin yüklənməsi gözlənildiyi kimi bazara da öz təsirini göstərib

Çində ən böyük mobil oyun istehsalçısı olan Tencent şirkətinin aksiyaları maksimum həddə çatıb. Şirkətin kapitalı 500 milyard dollar həcmində qiymətləndirilir. Onlayn təhsil verən New Oriental Education şirkətinin aksiyaları isə ilin əvvəlində 17% artıb.

Analitiklərin fikrincə, növbəti həftələrdə də artım davam edəcək.

Share: