Çirkab sularında da korona aşkarlandı – Video

Latviyalı alimlər təmizlənməmiş suda da koronavirus aşkar edib.

Milletinsesi.az  xəbər verir ki, alimlər ətraf mühitdə koronavirus pandemiyasının yayılmasını müşahidə etmək üçün araşdırma aparıblar.

Ölkənin bir neçə şəhərinin təmizlənməmiş çirkab sularını yoxladıqdan sonra nümunələrin birində yeni koronavirus aşkar ediblər. Virusun izləri, həmçinin koronavirusa yoluxmuş xəstələrin qeydə alındığı şəhərlərin çirkab sularında da aşkar olunub.

Lakin suyun təmizlənməsindən sonra virusun izləri qalmayıb.

Alimlərin firincə, bu araşdrma gələcəkdə müəyyən bir ərazidə infeksiyanın yayılmasının başa çatdığına bir daha əmin olmaq üçün imkan yaradacaq.

Share: