Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, ölkəsinin çempionu olan 10 komanda 5 cüt təşkil edib. Bunlar arasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam klubu bu mərhələdə “Molde” (Norveç) ilə qarşılaşacaq.
Liqa yolunda isə 3 cüt müəyyənləşib.
Qeyd edək ki, sentyabrın 1-də pley-offun püşkü atılacaq.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Xorvatiya)
“Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç)
“Omoniya” (Kipr) – “Srvena Zvezda” (Serbiya)
“Midtülland” (Danimarka) – “Yanq Boyz” (İsveçrə)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Belarus)
Liqa yolu
PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya)
“Dinamo” (Ukrayna) – “Alkmaar” (Niderland)
“Gent” (Belçika) – “Rapid” (Avstriya)
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək.