Çempionalar Liqasının 1/8 finalının ən yaxşı oyunçusunun adı məlum olub.
Qol.az UEFA-nın rəsmi saytına istinadəhn xəbər verir ki, həftənin ən yaxşısı “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brüyne seçilib. Belçikalı futbolçu Serj Qnabri (“Bavariya”), Serxio Buskets (“Barselona”) və Ussem Auarı (“Lion”) geridə qoyub.
Qeyd edək ki, K.De Brüyne “Real”la matçda (2:1) bir qol vurub və bir qol ötürməsi edib.