ÇL-də Liqa mərhələsinin son iştirakçıları məlum olacaq

Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşəcək.

QOL.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Ferensvaroş”la qarşılaşacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

 

 

Həmçinin Türkiyə “Fənərbaxça”sı “Benfika”nın qonağı olacaq. “Kopenhagen” “Bazel”lə, “Brügge” isə “Reyncers”lə üz-üzə gələcək.

Xatırladaq ki, ötən gecə “Kayrat”, “Pafos” və “Budo-Qlimt” Liqa mərhələsinə vəsiqə əldə ediblər.

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)

İlk oyun – 3:1

23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə) 

İlk oyun – 1:1

23:00. “Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə)

İlk oyun – 0:0

23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya) 

İlk oyun – 3:1

26 avqust

“Kayrat” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 0:0, Penaltilər seriyası – 3:2

İlk oyun – 0:0

“Pafos” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1

İlk oyun – 2:1

“Şturm” (Avstriya) – “Budo/Qlimt” (Norveç) – 2:1

İlk oyun – 0:5


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: