Türkiyənin məşhur “Çocuklar duymasın” serialı üçün Ginnesin Rekordlar kitabına müraciət edilib.
Axşam.az xəbər verir ki, bu haqda serialın baş rol ifaçısı Tamer Karadağlı məlumat verib.
“Serial indiyə qədər yeni bölümləri də daxil olmaqla 900-3500 dəfə efirə verilib. Bununla bağlı Rekordlar kitabına müracit edilib” deyə, o, bildirib.
Qeyd edək ki, əgər müraciətə müsbət cavab verilərsə, “Çocuklar duymasın” dünyada ən çox efirə çıxan serial olaraq Ginnesin Rekordlar kitabına daxil olacaq.