
“Prezident Bayden Consona təzyiq edərək qanun layihəsinin dərhal səsverməyə çıxarılmasına çağırış edib…”
“Milli təhlükəsizlik haqqında istənilən qanunvericilik milli təhlükəsizliyin bizim sərhədlərimizdən başlandığını tanımalıdır…”
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan edib ki, Ukraynaya yardım barədə qanun layihəsini səsverməyə çıxarmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Bundan öncə sənəd Senat tərəfindən qəbul edilib. O cümlədən Conson sərhədlərin təhlükəsizliyi barədə müddəanın çıxarılmasına görə yardım paketini tənqid edib.
Amerika siyasətçiləri və prezident Co Bayden Consonun mövqeyinin əleyhinə çıxıb.
Jurnalistlər deyib ki, Senatın Ukrayna, İsrail və Tayvana yardım paketini 70 səs lehinə, 29 səs əleyhinə olmaqla təsdiq etdikdən bir neçə saat öncə Nümayəndələr Palatasının spikeri Mayk Conson güman edib ki, o, bu yardım paketinə səs verilməsinə imkan verməyəcək.
Sənəd o cümlədən əlavə olaraq Ukraynaya 61, 1 milyard dollar, İsrailin HƏMAS-a qarşı müharibəsinə 14, 1 milyard dollar və münaqişə zonasında mülki əhaliyə, o cümlədən Qəzzada fələstinlilərə humanitar yardım üçün təxminən 10 milyard dollar yardım göstərilməsini nəzərdə tutur.
Nümayəndələr Palatasında respublikaçılar diskusiyaların lap əvvəlindən açıq şəkildə bəyan edib ki, milli təhlükəsizlik haqqında istənilən qanunvericilik milli təhlükəsizliyin bizim sərhədlərimizdən başladığını tanımalıdır.
Senatın sərhəd siyasətinin dəyişilməsi üzrə qərarın olmadığı təqdirdə Nümayəndələr Palatası bu məsələlərdə öz istəyi ilə işini davam etdirəcək, – Conson deyib.
Eyni zamanda, senatorlar ümid edir ki, Senatda qanun layihəsinin lehinə əksəriyyətin səs verməsi Nümayəndələr Palatasını da öz qanunvericiliyini qəbul etməyə sövq edəcək.
Senat yardım paketini təsdiq etdikdən bir neçə saat sonra prezident Bayden Consona təzyiqi gücləndirməyə cəhd edərək, onu “qanun layihəsinin dərhal səsverməyə çıxarmasına çağırış edib”.
“Mən spikerə Nümayəndələr Palatasının tərkibinə öz fikrini ifadə etməyə və Palatada ən ekstremal səslərin bu qanun layihəsinin səsverməyə çıxarılmasını əngəlləməyə imkan verməməyə çağırıram”, – Bayden bəyan edib.
Lakin yaranmış vəziyyət onu göstərir ki, qanun layihəsi Senatda olduğu kimi, Nümayəndələr Palatasında da yalnız ikipartiyalı koalisiya üçün keçərli ola bilər.
ABŞ-ın Ukraynaya yardımı – bəlli olanlar
Penraqonun spikeri Patrik Rayder mətbuat konfransında bəyan edib ki, ABŞ HHM üçün silah tədarükünü davam etdirəcək. O, bəyan edib ki, bunun üçün müəyyən mexanizmlər var.
ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard məbləğində maliyyə yardımı göstərilməsi barədə qanun layihəsini tamamilə dəstəkləyib.
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, ABŞ-ın tövhəsi olmadan Ukraynada vəziyyət həddən artıq mürəkkəb olacaq.