
Azərbaycanın energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov ABŞ-də keçirilən “CERAWeek” illik enerji konfransında iştirak edib.
Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.
Elnur Soltanov konfrans iştirakçılarına Azərbaycanın enerji sektorunun dekarbonizasiyası istiqamətindəki gücləndirilmiş səylərindən bəhs edib.
“COP29 enerji keçidinin inkişaf etdirilməsi üzrə COP28-də əldə olunmuş irəliləyişlərə əsaslanaraq qlobal öhdəliklərin həyata keçirilməsi, genişləndirilməsi və miqyasının artırılması səylərinə töhfə verəcək”, – deyə paylaşımda bildirilib.