Çörəyi ucuz qiymətə almaq üçün 386 km yol qət etdi

Magistral yolda sürət həddini aşan şəxs saxlanılıb.

Milletinsesi.az BBC-yə istinadla xəbər verir ki, M1 magistralında 177 km/saat sürətlə hərəkət edən sürücü cərimələnib.

O, polisə bildirib ki, çörək Londonda ucuz olduğuna görə ora gedir.

Axşam saatlarında yol polisi tərəfindən saxlanılan şəxs iddia edib ki, ucuz qiymətə çörək almaq üçün Nottinqhemdən Londona yola düşüb.

Avtomobildə sürücüdən əlavə iki azyaşlı sərnişin də olub. Sürücü polis əməkdaşları tərəfindən cərimələnib.

Qeyd edək ki, Nottinqhemdən Londona qədər olan məsafə 386 kilometrdir.

Share: