COVID-19-dan sağalan uşaqlarda uzunmüddətli sağlamlıq problemləri müşahidə edilib

COVID-19 infeksiyasını keçirən uşaqların yarısında azı dörd ay heç olmasa bir simptom müşahidə olunur.

“İzvestiya” xəbər verir ki, alimlər apardıqları tədqiqatlardan sonra bunu müəyyən ediblər.

Koronavirusun ən çox görülən fəsadları arasında yuxusuzluq, nəfəs darlığı, yorğunluq, əzələlərdə və oynaqlarda ağrı, diqqət pozğunluğu göstərilib.

Bildirilir ki, Beynəlxalq Sağlamlıq Tədqiqatları İnstitutunun alimləri uşaqlarda COVID-19 simptomlarının varlığını və müddətini araşdırıb. Nəticədə infeksiyanın başlanmasından dörd ay sonra uşaqların 42 faizinin tamamilə sağaldığı müəyyən edilib. Bundan başqa uşaqların 1/3-i xəstəliyin 1-2 əlamətindən şikayət edib, 1/4-də isə üçdən çox simptom olduğu ortaya çıxıb.

Share: