“Çox ağır döyüşlər gedir. Ümid edirik ki, kömək tez çatacaq…”- Arestoviç danışdı…

“Ukraynanın Donetsk vilayətinin Pavlovka kəndi yaxınlığında şiddətli döyüşlər davam edir. Ruslar “təkərlə gedən, sürülən, atan hər şeyi” oraya çəkib”.

 

Moderator.az  “TSN” kanalına istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviç  rusiyalı jurnalist və hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində söyləyib.

 

Arestoviç Rusiya təbliğatçılarının işğalçıların guya Pavlovkanı ələ keçirməsi ilə bağlı “uydurmasını” təkzib edib.

 

“Kəndi almayıblar, amma  çox ağır döyüşlər davam edir. Bizimkilərə çox ağırdır. Rusiya qüvvələrinin lokal və çox ciddi üstünlüyü var. Çünki təkərlə hərəkət edən, sürülən, vuran hər şeyi yığıb Pavlovkaya atıblar. Vəziyyət çox ağırdır, lakin biz hələ də qəsəbəni təslim etməmişik. Döyüşlər davam edir. Ümid edirik ki, kömək tez çatacaq” deyə PO-nun müşaviri qeyd edib.

 

Donetsk vilayətindəki Pavlovka kəndi bu günlərdə ukraynalı müdafiəçilərin onun yaxınlığında Rusiyanın 155-ci dəniz piyada briqadasının, demək olar ki, hamısını məhv etməsi ilə məşhurlaşıb…

 

Sultan Laçın

Mənbə

Share: