Çox yeməyə İslamın münasibəti necədir?

Bəzi insanlar vardır ki, qarınlarının istəklərinə tabe olur və onun əsiri olurlar. O zaman ki, süfrəyə rəngarəng yeməklər gətirirlər, o qədər yeyirlər ki, hətta nəfəs almaq üçün yerləri qalmır. Baxmayaraq ki, yedikləri halal olsa belə, bu cür yemək yemək möminə yaraşmaz.

Uca Allah Müqəddəs Quranda buyurur ki, çox yemək Onu qəzəbləndirir. “Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür”. (“Taha” 81).

Bu ayə buyurur ki, çox yemək Allahın razılığından çıxmaq deməkdir.

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, mütəal Allah ki, hətta anamızdan belə bizə qaşrı mehribandır, əgər bu mövzuda öz qəti hökmünü qoyur və buyurur ki, hər kim yeməkdə həddi aşarsa Onun qəzəbinə uğrayar – deməli, bu, çox ziyanlı bir məsələdir.

Uca Allah başqa ayəsində israf edənlər barəsində buyurur: “Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31).

Mərhum Təbərsi bu ayənin təfsirindən sonra belə bir əhvalatı nəql etmişdir: “Harunun həkimi xristian idi. Bir gün o Əli ibni Hüseynə deyir: “Sizin kitablarınızda tibb elmindən heç nə yoxdur. Halbuki, elm iki dənədir: tibb elmi və ilahiyyət elmi”.

O, cavabında deyir: Allah bütün tibbi elmini bir ayənin yarısında cəm etmişdir. Sonra yuxarıdakı ayəni tilavət edir. Həzrət Peyğəmbər (s) isə bir cümlədə xülasə etmiş və buyurmuşdur: “Qarın – hər bir xəstəliyin evi və pəhriz – hər bir dərmanın əslidir”.

Həkim deyir: “Sizin Quran və Peyğəmbər (s) tibb elmindən Calinyus üçün bir şey qoymamışdır”.

Yəni, onlar bir kəlmə ilə tibb elminin əslini insanlara çatdırmış və onlara doğru yol göstərmişdilər. (Beytutə)

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü ən ac insanlar o kəslərdir ki, dünyada ən tox insanlar olmuşdular”.

Share: