Türkiyənin Dənizli bölgəsində zəlzələdən sonra yaranan yarıqlardan axan zəhərli su insanları təşvişə salıb.
Zəhərli su Pamukkale rayonunun Pinarkənd məhəlləsində yerləşən fabriklərin olduğu beş ayrı bölgədən axmağa başlayıb.
Tünd rəngli suyun kəskin qoxusu insanları narahat etməyə başlayıb. Əhali suyun haradan gəldiyini bilmir.
Kənd sakinlərindən biri “Su 2 aydır bu formada axır. Bir çox yerə müraciət etmişik. Ancaq kimsə bu vəziyyətlə gəlib maraqlanmır. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik. Suyun axdığı yerin ətrafındakı bağçalar quruyub. Hər kəs qoxudan narahat olur”-deyə kömək istəyib./metbuat.az