Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

 

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur:

 

“Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir”.

 

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

 

Mənbə

Share: