Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ

Dəniz suyu və dəniz havası əsl təbii şəfa mənbələridir. Bir çox xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikasında məhz dəniz suyu və havası istifadə olunur.

Dəniz havası faydalı minerallarla olduqca zəngindir, onun tərkibində oksigen və ozon çoxdur, mikroblar, toz və s. ziyanlı maddələr isə yox səviyyəsindədir.

Fırtına zamanı dəniz havası xüsusilə faydalıdır.

Dəniz havası tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlara xüsusilə faydalıdır. Dəniz havası nəfəs yollarını təmizləyir və yumşaldır.

Həmçinin dəniz havası sinir sistemi xəstəliklərindən, xroniki stress və depressiyadan əziyyət çəkən insanlara faydalıdır. Dəniz havası bromla zəngindir. Bu maddə sinir sistemini sakitləşdirir.

Yodla zəngin olan dəniz havası zob xəstəliklərindən əziyyət çəkən insanlara müalicəvi təsir edir.

Dəniz havası maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, qan dövranını yaxşılaşdırır, bütün orqan və sistemləri oksigenlə zənginləşdirir.

Dəniz havası immun sistemini möhkəmləndirir, allergiyalarla mübarizə edir.

Dəniz havası ürək xəstəlikləri və yuxarı təzyiqdən əziyyət çəkən insanlara müalicəvi təsir göstərir.

Dəniz havasında olan faydalı maddələr dərinin gözəlliyini və cavanlığını qoruyur.

Share: