Yeni dərs ilinin başlanması ilə yollarda nəqliyyat vasitələrinin artması Bakını iflic edib.
Millətin Səsi.az xəbər verir ki, Formula-1 yarışı bitsə də, bu tədbirə görə şəhər mərkəzində bağlanan yollar hələ açılmayıb. Üstəlik, Bakının əsas prospektlərindən olan Babək və Qara Qarayev də bağlanıb.
Qara Qarayev prospektinin “Koroğlu” yol qovşağına çıxan hissəsində tam məhdudiyyətin tətbiqi avtomobil vasitələrinin Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə çıxışını mümkünsüz edib. Nəticədə Bakının əksər prospektlərində hərəkət dayanıb.
Qeyd edək ki, Formula-1-ə görə şəhər mərkəzində küçə və prospektlərin bağlı olduğu bir vaxtda Qara Qarayev prospektinin Ziya Bünyadova çıxışının da tam məhdudlaşdırılması məntiqi anlaşılmazdır.