Dərslərinə hazırlaşarkən telefonla musiqiyə qulaq asan məktəbli öldü

Şarjda olan telefonla musiqiyə qulaq asan məktəbli çarpayısında ölmüş halda tapılıb.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Taylandda baş verib.

Bildirilir ki, validenyləri 16 yaşlı Tanialuk Fay Phadasrini şam etməyə çağırmaq üçün otağa girəndə dəhşətli mənzərə ilə üzləşiblər: Onun əlində yanmış telefon olub, boğazında və əlində isə yanıq izləri aşkarlanıb. Qızın yanında dərs kitabları da olub.

Yeniyetmənin 39 yaşlı atası dərhal ürək-ağciyər reanimasiyası etməyə çalışıb, ana isə təcili yardım çağırıb. Lakin hadisə yerinə gələn həkimlər artıq gec olduğunu, qızın öldüyünü bildiriblər.

Polislərin ilkin ehtimalına görə, qız dərslərinə hazırlaşarkən telefondan qulaqlıqla musiqiyə qulaq asıb. Bu vaxt qadjeti şarja qoşulu olduğundan onu elektrik cərəyanı vurub.

Share: