“Dağıdıcı pandemiya” barədə XƏBƏRDARLIQ

“Dağıdıcı pandemiya” barədə XƏBƏRDARLIQ

ABŞ kəşfiyyatı dünyanın bütün ölkələrinin yeni “dağıdıcı pandemiya” ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

 

ABŞ kəşfiyyat xidmətləri hesab edir ki, buna səhiyyə xidmətlərinin xəstəlikləri düzgün izləyə bilməməsi səbəb ola bilər. ABŞ milli kəşfiyyat direktorunun ofisi (ODNI) 2024-cü il üçün təhdidlərin qiymətləndirilməsi hesabatında yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib. Sənəddə bildirilir ki, dünyanın bütün ölkələri yeni patogenin yaranmasına qarşı həssas olaraq qalır. Hesabatda deyilir ki, bu, daha bir dağıdıcı pandemiyaya səbəb ola bilər. Orada həmçinin iddia edilir ki, zəifləmiş milli səhiyyə xidmətləri, zəif qlobal səhiyyə idarəçiliyi, tibbi dezinformasiya və ictimai inamsızlıq ölkələrin qlobal sağlamlıq təhdidlərinə effektiv reaksiyasına mane olacaq.

 

Mənbə

Share: