Dağıstanda 5,1 bal gücündə zəlzələ olub

 

Rusiyanın Dağıstan Respublikası ərazisində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Qecux kəndindən 7 km cənub-qərbdə olub. Təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar barədə məlumat verilməyib.

Share: