Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu

Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub.

Milletinsesi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

“Hazırda 120 nəfər Rusiya-Azərbaycan sərhədini keçib. Azərbaycana qayıtmaq istəyənlər yenə də var. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə E.Hüseynov bildirib.

 

Share: