Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, mart ayınadək Qaz, Zaqatala, Balakən, Lənkəran və Masallı istiqamətində avtobusların gecə reysləri açılacaq. Buna səbəb sərnişinlərin çoxsaylı müraciətləridir.

Share: