Daha bir cüdoçumuz finala yüksəldi

Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.

 

Modern.az xəbər verir ki, yarışın son günündə Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.

 

Komandamızın digər üzvləri – Məmmədəli Mehdiyev (90 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze, Camal Qamzatxano (100 kq) isə macarıstanlı Riçard Sipoçla qarşılaşacaqlar.

 

Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.

Mənbə

Share: