Daha bir gənc yol qəzasının qurbanı oldu

Daha bir gənc yol qəzasının qurbanı oldu

Qazax rayonunda avtomobil hasara çırpılıb.

Millətin Səsi.az  xəbər verir ki, hadisə Dəmirçilər kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: