Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən dördüncü “Qış kuboku” yarışında qızıl medal qazanıb.
Milletinsesi.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, milli komandamızın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.
Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.