Daha bir hərbçimiz intihar etdi

Daha bir hərbçimiz intihar etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Orxan Məmmədağa oğlu Əhmədov ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.

Bu barədə Millətin Səsi.az -a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Share: