Ermənistanda hakimiyyət Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır.
Millətin Səsi.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Fakt” saytı yazıb.
Sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komtəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb.
“Bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants (Tavuşun kəndi) sakinlərinə hüquqi qeydiyyat şəhadətnaməsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz.
Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan “Kərki və Tavuşun kəndləri”nin (Qazaxın kəndləri: 4-ü qaytarılıb, 3 anklav qalır – red.) Ermənistanın 29.743 kv.km ərazisinə daxil olmadığını bəyan edib, o zaman eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Kərki sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib.
Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin”, – sayt yazır.