Daha bir ölkə Ukraynaya müdafiə sistemləri verəcək 

Fransa Ukraynaya hava hücumundan müdafiə sistemləri vermək istəyir.

 

Modern.az AP xəbər agentliyinə istinadən bildirir ki, rəsmi Paris Ukraynaya “Crotale” müdafiə sistemlərini təhvil verməyi planlaşdırır.

 

Eyni zamanda Ukrayna əsgərləri üçün təlim proqramı hazırlanır.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ, Böyük Britaniya, İspaniya və İtaliyanın Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi barədə xəbərlər yayılıb.

Mənbə

Share: