
Azərbaycanın paracüdoçusu Xanım Hüseynova Bakıda keçirilən IBSA Qran-prisində medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı gümüş mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən gün Şəhanə Hacıyeva (48 kq) bürünc medal əldə edib.