Türkiyədə Liberal Demokrat Partiya (LDP) “Millət İttifaqı”nın namizədini dəstəkləmək qərarı alıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə partiyanın rəsmi bəyanatı dərc olunub.
Bildirilib ki, LDP həm prezident seçkilərində ittifaqın vahid namizədi olan CHP sədri Kemal Kılıçdaroğlunu, həm də parlament seçkilərində namizədliyi irəli sürülmüş şəxslərin yer aldığı “Millət İttifaqı”nın proporsional siyahılarını dəstəkləyəcək.