Daha bir terrorçu türk ordusuna təslim oldu

Daha bir terrorçu türk ordusuna təslim oldu

Separatçı terror təşkilatı PKK-dan qaçan terrorçu təslim olub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən bildirilib.

 

Verilən məlumata görə, aparılan razılaşdırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan bir üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

 

Onun 1995-ci ildə terror təşkilatına qoşularaq İraq və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.

 

Qeyd edək ki, 2022-ci ildə təhrik yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 117 olub.

Tural 

Mənbə

Share: