Üç mövsümdür çəkilişləri Muğlada aparılan “Kalk gidelim” adlı türk serialında bundan sonra azərbaycanlı obraz da olacaq.
Axşam.az xəbər verir ki, buna səbəb isə serialın ölkəmizdə sevilməsidir. Azərbaycanlı qızı isə sonuncu dəfə “Güldür güldür” proqramında çəkilən Tuğçe Karabayır canlandıracaq. O, Əhsən Ağzadə obrazına həyat verəcək.
Qeyd edək ki, ilk dəfədir Azərbaycan ləhcəsində danışdığını deyən T.Karabayır roluna görə Əməkdar artist Məlahət Abbasovadan özəl dərslər alıb.