
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Bəylikdüzü Bələdiyyəsinin başqanı Mehmet Murad Çalık korrupsiya, Şişli Bələdiyyəsinin başçısı Rəsul Əmrah Şahan isə terrora görə həbs edilib.
Millətin Səsi.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Sülh Cəza Məhkəməsi qərar verib.
Qeyd edilib ki, terror istintaqı çərçivəsində Rəsul Əmrah Şahanla birgə İBB baş katibinin müavini Mahir Polad və İslahat İnstitutunun direktoru Mehmet Əli Çalışkan barəsində də həbs qərarı çıxarılıb.
Həbs edilənlərin vəkilləri qərarın ədalətsiz olduğunu və apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Qeyd edək ki, bundan öncə İBB başqanı Ə.İmamoğlu iki ittihamdan biri – korrupsiya ittihamı ilə həbs edilib, terror ittihamı ilə bağlı isə həbsindən imtina edilib.