Daha iki taekvondçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) – Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.

 

Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) – Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Mənbə

Share: