“Danışıram da, gəzirəm də”-xalq artisti səhhəti ilə bağlı yayılan xəbərləri yalanladı-ÖZƏL+FOTO

“Danışıram da, gəzirəm də”-xalq artisti səhhəti ilə bağlı yayılan xəbərləri yalanladı-ÖZƏL+FOTO

Xalq artisti, görkəmli muğam ustadı Arif Babayev səhhətinin pisləşməsi ilə bağlı xəbərləri yalanlayıb.

 

O bu haqda Moderator.az-a danışıb.

 

“Jurnalistlər yenə də aləmi qarışdırıb. Qəzetlər, saytlar yalan xəbərlər yazır. Bir sözlə bekar durmurlar da. Bir ara ölüm xəbərimi tirajlayırdılar. İndi də yazıblar ki, guya danışa bilmirəm. Danışa da bilirəm, gəzə də. Danışa bilməsəydim sizinlə də danışa bilməzdim. İnsanıq da, hamı xəstələnə bilər, hamı özünü pis hiss edə bilər. Havalar da soyuq keçir. Əsas odur ki, yorğan-döşəyə düşməmişəm. Hamı zəng edib soruşur, maraqlanır. Bütün tələbələrim, sənət yoldaşlarım nigaran qalıblar. Sizin vasitənizlə deyirəm ki, yaxşıyam” deyə sənətkar bildirib.

Mənbə

Share: