
Daşkəsəndə qaz təchizatında yaranmış fasilə başa çatıb.
Saat 10:00-dan etibarən “Daşkəsən” Qaz Paylayıcı Stansiyalarından, “Bayan” və “Xoşbulaq” Qaz Tənzimləmə Məntəqələrində görülən işlər başa çatıb. Hazırda Daşkəsən şəhərində qazın verilişi təmin olunub.
Qeyd edək ki, “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı qazın verilişi dayandırılmışdı.