Bu gündən”Azərbaycan Hava Yolları”daxili reyslərin yerinə yetirilməsinə başlayır.
Milletinsesi.az-in məlumatına görə, ilk daxili uçuş Naxçıvan Muxtar Respublikasına heyata keçiriləcək.
Bu gün iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.
Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.
Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir.