DÇ-2022: Bu gün qrup mərhələsində sonuncu tura start veriləcək

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu – 3-cü tura start veriləcək.

 

Oxu.Az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.

 

A qrupunda 4 xalla ilk iki pilləni bölüşdürən Niderland ilə Ekvador yığmaları müvafiq olaraq, Qətər və Seneqalla qarşılaşacaq. Hər iki kollektivi pley-offa yüksəlmək üçün heç-heçə də qane edəcək. Ev sahiblərinin isə artıq qrupda qalması rəsmiləşib.

 

B qrupunda İran millisi ABŞ-la, İngiltərə seçməsi Uelsə qarşılaşacaq. Bu qrupda bütün komandaların 1/8 finala vəsiqə qazanmaq şansı davam edir.

 

DÇ-2022

 

Qrup mərhələsi, III tur

 

29 noyabr

 

A qrupu

 

19:00. Ekvador – Seneqal

 

Baş hakim: Kleman Türpen (Fransa)

 

“Xəlifə” stadionu

 

19:00. Niderland – Qətər

 

Baş hakim: Bakari Qassama (Qambiya)

 

“Əl Beyt” stadionu

 

B qrupu

 

23:00. İran – ABŞ

 

Baş hakim: Migel Mateu Laos (İspaniya)

 

“Al Tumama” stadionu

 

23:00. Uels – İngiltərə

 

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

 

“Əhməd ibn Əli” stadionu

 

Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-offa vəsiqəni təmin ediblər.

Mənbə

Share: