Dembele iki aydan sonra qayıtdı

Dembele iki aydan sonra qayıtdı

“Barselona”nın zədəli futbolçusu Usman Dembele sağalıb.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu artıq komanda ilə birgə məşqlərə başlayıb.

Dembele 2019-cu ilin noyabrında, Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin matçında (3:1) zədələnmişdi. O, ötən il ərzində bir neçə dəfə zədələnərək vacib oyunlarda komandasına kömək edə bilməyib.

Share: