
Demokratiya adı altında dəyişikliklərlə İslama qarşı ciddi mübarizə aparılır.
Modern.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında bildirib.
O qeyd edib ki, bu gün dünyada müsəlman əhalinin sıxışdırılması prosesi baş verir:
“Ona görə də Avropada islamofobiya qarşı təhsillə cavab verməlidir. Hər bir fərdin hamıya hörmətlə yanaşmalı olduğu məsələsinə həssas olmalıdır. Azərbaycan tolerant bir ölkədir, bu da dövlət siyasətimizə çevrilib”